Səudiyyə Ərəbistanı millisini daşıyan təyyarədə nasazlıq - təcili eniş etdi

Səudiyyə Ərəbistanı millisini Uruqvayla oyun üçün Rostova aparan təyyarədə nasazlıq yaşanıb.

 

Sportal.az xəbər verir ki, motorda yaranan problem onun alovlanmasına gətirib çıxarıb. Bu səbəbədən də təyyarə təcili olaraq, eniş edib. Səudiyyə Ərəbistanı Futbol Federasiyası açıqlama verərək, hər şeyin qaydasında olduğunu bildirib. 

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi A qrupunun ilk matçında turnirə ev sahibliyi edən Rusiyaya 0:5 hesabı ilə uduzub. Asiya təmsilçisi ikinci turda iyunun 20-də Uruqvayla qarşılaşacaq.

Tarix: 19 İyun [01:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Fevral 2019
22  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio