Andersson: "Almaniyanın məğlubiyyətindən sonra bu 3 xal çox dəyərli oldu"

İsveçin baş məşqçisi Yanne Andersson DÇ-2018-in F qrupunda Cənubi Koreyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis qələbənin dəyərindən danışıb:

 

"Çoxlu epizod yaxaladıq və növbəti oyunlarda daha keyfiyyətli olacağımıza inanıram. Cənubi Koreyanın ən yaxşı futbolçusu qapıçısı idi. Almaniyanın məğlubiyyətindən sonra bu 3 xal bizim üçün qrupda çox dəyərli oldu".

 

İsveç qrupda ikinci oyununu xalı olmayan Almaniyaya qarşı keçirəcək. Görüş iyunun 23-də baş tutacaq.

Tarix: 19 İyun [01:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyul 2018
21  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio