"Atletiko" Qrizmannla yeni müqavilə imzaladı

"Atletiko" 2 futbolçusu ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Barselona"ya keçidi gündəmdə olan Antuan Qrizmann və Lukas Ernandeslə sözləşmənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Yeni müqavilələrə əsasən Qrizmann 2023-cü, Ernandes isə 2034-cü ilədək la Liqa təmsilçisinin şərəfini qoruyacaq.

 

Bundan başqa Madrid klubu “Monako”nun yarımmüdafiəçisi Tomas Lemarı heyətinə cəlb etdiyini açıqlayıb.

 

Tarix: 19 İyun [10:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio