Portuqaliya millisinin üzvü Premyer Liqa klubunda

Portuqaliya yığmasının qapıçısı Ruy Patrisionun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Sportinq”lə yollarını ayıran 30 yaşlı qolkiper bundan sonra karyerasını İngiltərədə davam etdirəcək. O, yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Vulverhempton”la anlaşıb. Portuqaliyalı qapıçı yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Patrisio hazırda Portuqaliya yığmasının heyətində DÇ-2018-də iştirak edir. 

Tarix: 19 İyun [12:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2019
21  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio