"Qarabağ" Billiata 400 min avro təklif etdi İDDİA

Uzun müddətdi adı "Qarabağ"la hallanan Xama Billiata Ağdam klubu illik 400 min avro ödəməyə hazırdı.

 

Sportal.az xəbər verir ki, bu barədə Zimbabve mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, bu ayın sonunda Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubu ilə müqaviləsi başa çatacaq forvardın azad agent kimi Azərbaycan çempionuna keçidi realdı. Çünki hələlik ən yaxşı şərtləri məhz "Qarabağ" təklif edir.

 

Ağdam klubundan başqa Rumıniyanın "Styaua" klubu da Zimbabve millisinin üzvünün xidmətində maraqlıdı ki, onların təklif etdiyi məbləğ daha aşağıdı. Son məlumata görə isə Misirin tanınmış klublarından "Zamalek" də Billiatı heyətinə cəlb etmək istəyir.

Tarix: 19 İyun [12:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio