Messi məşqi yarımçıq tərk etdi

13:34 - 19 İyun 2018

Argentina millisi DÇ-2018-də Xorvatiyaya qarşı keçirəcəyi matça hazırlığa davam etdirir.

 

Sportal.az xəbər verir ki, komandanın son 15 dəqiqəsi mətbuat və azarkeşlərə açıq məşqində Lionel Messi, Paulo Dibala və Anxel Di Mariya olmayıb. Onlar hazırlıq prosesini erkən tərk edəbilər. Yığmanın mətbuat xidməti futbolçuların zədəli olmadığını, sadəcə bərpa üçün masaja ehtiyac duyduqlarını bildirib. 

 

Qeyd edək ki, Argentina - Xorvatiya görüşü iyunun 21-də keçiriləcək.

Xəbər xətti