Samet Aybaba millimizin üzvü ilə bağlı qərar verdi

13:49 - 19 İyun 2018

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Ozan Can Kökçü karyerasını Türkiyənin “Bursaspor” klubunda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Samet Aybaba rəhbərliyi altında görmək istəmədiyi futbolçuların adını açıqlayıb. 

 

Məşhur məşqçi Dzon Delarqe, Xires Kembo-Ekoko, Coşua  Con və Sərcan Yıldırımı yeni mövsüm öncəsi Afyon və Avstraliyada baş tutacaq təlim-məşq toplanışına aparmayacaq. Digər futbolçular isə komandanın düşərgəsində olacaqlar. Bu da, ötən mövsümün bir hissəsini icarə əsasında Hollandiyanın “Valveyk” klubunda keçirən gənc futbolçunun komandada qalacağı deməkdir. 

 

21 yaşlı futbolçunun “Bursaspor”la 2021-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsümün əvvəlində komandaya cəlb olunsa da, özünü doğrulda bilməyib. 

 

Qeyd edək ki, “Bursaspor” yeni mövsümün hazırlıqlarına iyunun 27-də başlayacaq.  

Xəbər xətti