"Olimpiya"nın kapitanı: "Öz keyfiyyətimizi sübut etmişik"

14:50 - 19 İyun 2018

"Püşk bizi potensial rəqiblərimiz arasında ən güclüsü ilə üz-üzə qoydu".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının ilkin təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın "Olimpiya" komandasının kapitanı Branko İliç deyib.  

 

35 yaşlı müdafiəçi püşkün nəticəsini dəyərləndirib. Sloveniya millisinin keçmiş üzvü komandasına inandığını bildirib: "İkinci mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Biz daxili çempionatda öz keyfiyyətimizi sübut etmişik və özümüzə güvənirik. "Qarabağ"la qarşılaşmalara çox yaxşı hazırlaşmalıyıq".  

 

Qeyd edək ki, tərəflər arasındakı ilkk oyun iyulun 10-11-də Sloveniyada , cavab görüşü isə 17-18 iyulda Bakıda reallaşacaq. 

Xəbər xətti