"Qarabağ"ın ilk oyunun vaxtı müəyyənləşdi

15:36 - 19 İyun 2018

"Qarabağ" Çempiolar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" (Lyublyana) klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, tərəflər arasındakı ilk matç iyulun 11-də Sloveniyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Oyun 16 min 38 nəfərlik azarkeş tutumu olan “Stozice” stadionunda reallaşacaq.

 

Qeyd edək ki, cavab görüşü isə iyulun 18-də Bakıda reallaşacaq.

Xəbər xətti