"Qarabağ" "Olimpiya" səddini keçsə, hansı komandaya rəqib olacaq?

16:16 - 19 İyun 2018

Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" I mərhələdə Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Kukesi" (Albaniya) - "Valetta" (Malta) komandaların duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

 

ÇL-də I təsnifat mərhələsinin ilk oyunları iyulun 10-11-də, cavab matçları isə iyulun 17-18-də keçiriləcək.  II təsnifat mərhələsində isə ilk oyundlar iyulun 24-25-i, cavab qarşılaşmaları isə iyulun 31-i və avqustun 1-də baş tutacaq.

Xəbər xətti