Ansi Aqolli: "Zəif komanda öz ölkəsində çempion ola bilməz"

00:14 - 20 İyun 2018

"Rəqibimiz güclüdür. I təsnifat mərhələsi üçün çətin komandadır. Biz bilirik ki, Sloveniyada futbol necə inkişaf edir". 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. "Qarabağ" bu mərhələdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək. İllərin təcrübəsi rəqibə hörmətlə yanaşdıqlarını deyib:

 

"Ötən il "Maribor" Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdilər. Rəqibə hörmətlə yanaşırıq, heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz".

 

Albaniyalı futbolçu matçlara ciddi hazırlaşacaqlarını deyib:

 

"Biz artıq hazırlıqlara başlamışıq, sabah da Avstriyaya yollanacağıq. Bu matçlara yaxşı hazırlaşacağıq. Biz də ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq".

Xəbər xətti