"Qəbələ", "Neftçi" və "Keşlə"nin rəqibləri bəlli oldu YENİLƏNİB

14:12 - 20 İyun 2018

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

 

Sportal.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanı bu turnirdə təmsil edəcək 3 klubun - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli olub. 

 

"Keşlə" - "Baltsan" (Malta)

"Neftçi" - “Uypeşt” (Macarıstan)

"Qəbələ" - “Proqres” (Lüksemburq)

 

Ümumilikdə 47 cütün formalaşdığı 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

Xəbər xətti