"Olimpiya"nın baş məşqçisi: "Ən yaxşılar arasında olmaq istəyiriksə, güclüləri məğlub etməliyik"

"Hər bir ölkənin çempionu hörmətə layiqdir. Mümkün rəqiblərimiz arasında ən güclülər APOEL və "Qarabağ" idi. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ilkin təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Sloveniyanın "Olimpiya" komandasının baş məşqçisi İliya Stolitsa deyib. 39 yaşlı mütəxəssis ötən gün nəticəsi açıqlanan püşkü dəyərləndirib. O, "Qarabağ"ın güclü rəqib olduğunu bildirib: "Qarabağ" güclü komandadır. Ən yaxşılar arasında olmaq istəyiriksə, güclüləri məğlub etməliyik. Komandamız xarakter var. Gedən futbolçuların boşluğu doldurulacaq və daha güclü "Olimpiya" olacaq".

 

Gənc mütəxəssis hazırda Macarıstan "Videoton"unda çalışan dostu və "Olimpiya"dakı sələfi Marko Nikoliçlə qarşılaşmaq istəmədiyini də sözlərinə əlavə edib: "Marko ilə bir-birimizi yaxşı tanıyırıq. Püşkün sonuna doğru rəqib qismində "Videoton" və "Qarabağ" qaldıqda, mən bizə ikincinin rəqib olmasını arzulayırdım. Bu komanda maliyyə cəhətdən güclüdür və daha yüksək reytinqə malikdir".

 

Tarix: 20 İyun [10:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio