"Zirə"dən ayrılan futbolçu Serbiya klubunda

17:22 - 20 İyun 2018

Mövsümün sonunda “Zirə”dən ayrılan Milan Duriç karyerasını vətənində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, o, “Voyvodina”ya keçməyə hazırlaşır. 31 yaşlı yarımmüdafiəçi yaxın günlərdə yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Duriç “Zirə”yə 2016-cı ilin yayında Xorvatiyanın “İstra” klubundan gəlmişdi.

Xəbər xətti