"Səbail" yeni mövsümün hazırlıqlarına başladı

Topaz Premyer Liqasının iştirakçısı “Səbail”  klubu növbəti mövsümün hazırlığına başlayıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi hazırlıqlara "Bayıl Arena"da start verib. “Səbail” istirahətin ardından yeni baş məşqçi Aftandil Hacıyevin rəhbərliyi altında ilk məşqinə çıxıb. Hazırlıqda komandanın yeni transferləri də iştirak edir.

 

Qeyd edək ki, "Səbail" paytaxtdakı təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyunu keçirəcək. Komanda hazırlıqlarının ikinci hissəsini Bolqarıstanda keçirəcək.

Tarix: 20 İyun [21:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio