Sampaoli: "Messinin çiyinlərində böyük yük var"

21:43 - 20 İyun 2018

Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaolinin Xorvatiya ilə oyundan öncə mətbuat konfransı olub.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis İslandiya ilə 1:1 hesablı bərabərliklə başa çatan matçdan sonra tənqid olunan Lionel Messi ilə bağlı açıqlama verib. O, "Barselona"nın futbolçusuna ədalətli münasibət göstərilmədiyini  bildirib:

 

"Messinin çiyinlərində böyük yük var. Son matçdakı performansına görə onu günahlandıra bilməzsiniz. Biz qələbə qazananda komanda qələbə qazanır, məğlub olanda isə günahkar Messi sayılır. Bir futbolçunun bu qədər üstünə getmək ədalətli deyil. O dünyanın ən yaxşı futbolçusudu".

 

Qeyd edək ki, Argentina - Xorvatiya qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Xəbər xətti