“Qəbələ” Sloveniya toplanışına start verdi

00:38 - 21 İyun 2018

2018/19 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” Sloveniya toplanışına start verib.

 

Sportal.az xəbər verir ki, bir həftəlik Qəbələ toplanışının ardından Sloveniyaya yollanan "qırmızı-qaralar" Moravske Toplitse bölgəsində "Hotel Ajda"da məskunlaşıblar.

 

Sənan Qurbanovun komandası ilk günü bir məşqlə tamamlayıb. Günün ikinci yarısında baş tutan məşqə fiziki təmrinlərlə başlayan komanda üzvləri, daha sonra toplu çalışmalar yerinə yetiriblər.

Xəbər xətti