Amrabatdan Ronaldo və hakimə şok sözlər: "Bura dünya çempionatıdır, sirk deyil"

01:22 - 21 İyun 2018

DÇ-2018-in B qrupunda qərarlaşan Mərakeş Portuqaliyaya 0:1 hesabı ilə uduzaraq, 1/8 finala yüksəlmək şansını itirib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Afrika qitəsinin təmsilçisinin yarımmüdafiəçisi Nordin Amrabat şok açıqlamalar verib. O, qarşılaşmanın baş hakimi Mark Gigerin Kriştiano Ronaldonun formasını aldığını deyib:

 

"Ronaldo matçın hakiminə çox təsir edib. Hakim fasilədə Ronaldodan köynəyini istəyib. Bunu Pepedən eşitdim. Çox qəribədir. Bura dünya çempionatıdır, sirk deyil. Qələbəni biz haqq edirdik. Portuqaliya ancaq müdafiədə oturdu. Ronaldo belə geriyə gəlirdi. Tez-tez VAR sistemindən danışırlar, amma bundan istifadə etməyəndən sonra danışmağın mənası yoxdur. Çünki ədalətsizliklə üzləşdik!"

Xəbər xətti