Türkiyə klubunda yeni baş məşqçi

10:18 - 21 İyun 2018

Türkiyənin “Akhisarspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komandanı yeni mövsümdən Safet Suşiç çalışdıracaq. Bu barədə Super Liqa klubunun yaydığı məlumatda bildirilir. Bosniya və herseqovinalı mütəxəssislə ilkin razılıq əldə edən Akhisar təmsilçisi təkrar görüşdən sonra münasibətləri rəsmiləşdirəcək.

 

Xatırladaq ki, “Akhisarspor”u geridə qalan mövsümdə Okan Buruk çalışdırırdı.

 

63 yaşlı Suşiç, Türkiyədə “İstanbulspor”, “Konyaspor”, “Ankaragücü”, “Çaykur Rizəspor”, “Osmanlıspor” klublarını da çalışdırıb. O, son olaraq “Alanyaspor”da işləyib.

Xəbər xətti