Dabo: "Avropa Liqasında hər bir komanda sürpriz edə bilər"

10:35 - 21 İyun 2018

"Neftçi”nin hücumcusu Baqali Dabo klubun rəsmi saytına Avropa Liqasının püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, fransız hücumçu "Uypeşt”i düzgün qiymətləndirməyə çağırıb:

 

"Rəqibin kim olduğundan asılı olmayaraq, oyuna tam olaraq köklənmək lazımdır. Avropa Liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər. Hər bir komandanın şansı var. "Uypeşt” Macarıstan çempionatından Avropa Liqasında vəsiqə qazanmış bir komandadır, bu artıq bir göstəricidir. Amma biz daha çox özümüzü fikirləşməliyik”.

 

Yeni oyunçularının "Neftçi”yə gəlməsini qeyd edənforvard onların komandaya tez bir zamanda uyğunlaşmasının vacibliyindən danışıb: "Bizim bir neçə yeni oyunçularımız var, mən də onlardan biriyəm. Biz komandaya tez bir zamanda uyğunlaşmalıyıq, bir-birimizi yaxşı başa düşməliyik ki, Avropa Liqasında uğurlu çıxış edə bilək”.

 

"Neftçi”yə bu yaxınlarda qoşulan forvard, özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib: "Burada olduğuma görə razıyam. Növbəti mövsümə bütün komanda kimi mən də ciddi hazırlaşıram”.

Xəbər xətti