Ruslan Abışov: "Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik"

"Neftçi”nin kapitanı Ruslan Abışov Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi rəqib haqda ətraflı məlumatının olmadığını deyib:

 

"Uypeşt” haqqında ətraflı məlumatımız yoxdu, amma əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək. Düzdür, biz hər halda Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik. Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz. Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və biz toplanışın faydasını Avropa Liqasında görəcəyik”.

 

Xatırladaq ki, "Uypeşt”ə qarşı ilk oyun iyulun 12-də Bakıda, cavab oyunu iyulun 19-da Uypeştdə keçiriləcək.

Tarix: 21 İyun [11:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio