"Arsenal" Uruqvay millisinin üzvünü transfer etdi

11:41 - 21 İyun 2018

"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Sampdoriya"nın yarımmüdafiəçisi Lukas Torreyronu transfer edib. Bu barədə İtaliya təmsilçisinin prezidenti Massimo Ferrero məlumat verib. O, uruqvaylı futbolçu üçün "topçular"la 30 milyon avroya anlaşdıqlarını bildirib.

 

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "sampdoriya"da çıxış edir. Torreyra A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 71 qarşılaşmada 4 qol vurub. Gənc futbolçu hazırda Uruqvay millisinin heyətində dünya çempionatında iştirak edir.

Xəbər xətti