Ronaldo: "Keçi saqqalı mənə uğur gətirir"

12:58 - 21 İyun 2018

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun keçi saqqalı saxlamasının səbəbi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçunun özü məlumat verib. O bildirib ki, İspaniya ilə oyundan əvvəl etdiyi zarafata görə bunu edib:

 

“Komanda yoldaşlarıma dedim ki, İspaniya ilə oyunda qol vursam, keçi saqqalımı saxlayacam. Mən qollar vurdum, ikinci matçda da fərqləndim. Mundial başa çatana kimi bu saqqalı qırxmayacağam. Çünki o, mənə uğur gətirir”

Xəbər xətti