Türk futbolçu karyerasını başa vurdu

13:35 - 21 İyun 2018

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Türkiyə millisinin sabiq futbolçusu Halil Altıntop karyerası ilə bağlı önəmli qərar verib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu klubla 2019-cu ilə qədər müddəti olan müqaviləsini ləğv edib və karyerasını başa vurub. O, "Kayzerslautern"də yeni mövsümdən etibarən məşqçilər korpusunda yer alacaq.

 

38 dəfə Türkiyə millisində çıxış edən Altıntop "Şalke", "Ayntraxt", "Trabzonspor", "Auqsburq" və "Slaviya" kimi klublarda oynayıb.

 

Qeyd edək ki, "Kayzerslautern" yeni mövsümdən III Bundesliqada çıxış edəcək.

Xəbər xətti