"Yuventus" Əmrənin transferini bitirdi

15:54 - 21 İyun 2018

"Liverpul"dan ayrılan Türkiyə əsilli almaniyalı ulduz Əmrə Canın yeni klubu rəsmən müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu "Yuventus"a azad agent statusu ilə transfer olub. Əmrə Turin klubu ilə 4 illik müqavilə bağlayıb. Onun illik maaşı 5 milyon avro olacaq. 

 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2014-cü ildə "Bayer"dən (Leverkuzen) "Liverpul"a 12 milyon avroya transfer olmuşdu.

Xəbər xətti