Karluş Keyroş: "Bütün dünyanın bizə hörmət etdiyini düşünürəm"

17:12 - 21 İyun 2018

İran millisinin baş məşqçisi Karluş Keyroş DÇ-2018-in qrup mərhələsinin ikinci turunda İspaniyaya 0:1 hesabı ilə uduzduqları matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 63 yaşlı portuqaliyalı çalışdırıcı 1/8 final şanslarının davam etdiyini deyib:

 

"İspaniyaya uduzduq, amma dünyanın bizə hörmət etdiyini düşünürəm. Bütün İranın bu komanda ilə qürur duyduğuna əminəm. Rəqabət aparmağa qadir olduğumuzu göstərdik. Daha yaxşı nəticə ala bilərdik. İspaniyanın möhtəşəm komanda olduğuna şübhə etmirəm, amma daha yaxşısına layiq idik. Bu oyundan çox şey öyrənəcəyik. Portuqaliya ilə oyunu düşünürük. Hələ hər şey öz əlimizdədir".

 

B qrupunda son turda Portuqaliya İranla, İspaniya Mərakeşlə qarşılaşacaq.

Xəbər xətti