"Qarabağ" Şehiçə əvəzləyici tapdı

Azərbaycan çempionu “Qarabağ” yeni qapıçı transfer etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, geridə qalan mövsüm bitən kimi Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiçlə yollarını ayıran Ağdam klubu onu İtaliyanın “Peskara” komandasında çıxış edən Vinçentso Fiorillo ilə əvəz edəcək.

 

1990-cı il təvəllüdlü futbolçunun “Peskara” ilə hələ daha bir mövsümlük müqaviləsi var. Bu üzdən də “Qarabağ”ın onu transfer etməsi üçün 600 min avrosundan keçməsi lazımdı. Bildirilir ki, Fiorillo özü Azərbaycan klubunda oynamağın əleyhinə deyil. Ağdam təmsilçisi ona 2 illik müqavilə təklif edib. Yaxın günlərdə tərəflərin bu transferi yekunlaşdırması gözlənilir.

 

28 yaşlı qapıçı İtaliyanın U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas milliyə dəvət almayıb. “Sampdoriya”nın yetirməsi olan futbolçu bu klubla yanaşı, “Recina”, “Spetsiya”, “Livorno”da da çıxış edib. 2014-cü ildə “Yuventus”a transfer edilsə də, bu komandada debüt şansı qazanmayıb. Elə həmin ildə “Peskara”ya keçən qapıçı bu komandanın uğurları üçün çalışır.

Tarix: 22 İyun [00:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio