"Qarabağ"ın "Olimpiya" ilə hər iki görüşünün vaxtı müəyyənləşdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə keçirəcəyi hər iki oyunun vaxtı və stadionları açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, ilk görüş iyulun 10-da Lyublyanadakı "Stojitse" stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da başlayacaq. 

 

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" cütünün qalibi II təsnifat mərhələsində "Kukesi" (Albaniya) - "Valleta" (Malta) cütünün qalibi ilə qarşılaşacaq. 

Tarix: 22 İyun [10:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio