"Bavariya" "Mançester Yunayted"dən 57 milyon avro tələb etdi

"Bavariya"dan ayrılacağı gözələnilən Jerom Boatenqə "elçi düşən" ilk klub məlum olub.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" Almaniya millisinin üzvünün keçidi üçün Münhen təmsilçisinin qapısını döyüb. Bundesliqa klubu "qırmızı şeytanlar"dan bu keçid üçün 57 milyon avro tələb edib. "Mançester Yunayted" bu rəqəmi aşağı salmaq üçün danışıqları davam etdirir.

 

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2011-ci ildə "Mançester Siti"dən "Bavariya"ya transfer olmuşdu.

Tarix: 22 İyun [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Fevral 2019
22  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio