"Qarabağ" Şotlandiya millisinin üzvünə təklif yolladı

Azərbaycan çempionu “Qarabağ” yeni qapıçı transfer etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, geridə qalan mövsüm bitən kimi Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiçlə yollarını ayıran Ağdam klubu onu Şotlandiyanın "Harts" klubundan Con Makloflinlə əvəzləmək istəyir. "Daily Express"in məlumatına görə, Ağdam təmsilçisi "Harts"la müqavilə müddəti başa çatan 30 yaşlı qapıçıya 2 illik müqavilə təklif edib. Azad agent statusu daşıyan Şotlandiya millisinin üzvünün bu təklifə müsbət yanaşacağı ehtimal olunur.

 

Qeyd edək ki, "Qarabağ" İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçentso Fiorilloya da təklif göndərib.

Tarix: 22 İyun [11:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio