"Proqres"in rəsmisi: "Cütün favoriti "Qəbələ", autsayderi isə bizik"

Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Lüksemburqun "Proqres" klubunun idman direktoru Tomas Gigleman açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi utsayder olduqlarını deyib: "Ötən mövsüm "Reyncers" üzərindəki qələbədən sonra məşhurlaşmışdıq. "Qəbələ" kimi komandanı araşdırmağa ehtiyac yoxdur. Rəqibimiz iki dəfə turnirin qrupunda çıxış edib, PAOK, "Borussiya", "Anderlext", "Maynts", "Krasnodar" və "Sent-Etyen" kimi komandalara qarşı oynayıblar. Bizim üçün çətin olacaq. Cütün favoriti "Qəbələ", autsayderi isə bizik. Ötən mövsüm "Reyncers" və AEL-lə görüşlərdə də autsayder idik. İrəli getmək üçün UEFA-nın reytinq cədvəlində xal əmsallarını artırmalıyıq".

 

Qeyd edək ki, bu komandaların ilk oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Tarix: 22 İyun [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2018
21  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio