Daliç qələbənin şifrəsini verdi: "Argentina zəif deyildi, biz mükəmməl oynadıq"

DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Argentinaya 3:0 hesabı ilə qalib gələn Xorvatiya 1/8 finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Xorvatiyanın baş məşqçisi Zlatko Daliç qələbəni şərh edib:

 

"Komandama hər zaman güvənirəm. İkinci oyundan sonra 1/8 finala adlayacağımızı düşünmürdüm. Amma mərhələ adlayacağımıza inanırdım. Argentina zəif deyildi, biz mükəmməl oynadıq. Dünyanın ən yaxşı oyunçularına sahib olan komandanı məğlub etməyi bacardıq. Gözəl oyun nümayiş etdirdik. Ancaq sakit və sadə olmalıyıq. Zəfər qazanmaq üçün sakit olmalı və çalışmaq lazımdır".

Tarix: 22 İyun [12:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio