Argentina millisində xaos: Futbolçular Sampaolinin qovulmasını tələb edirlər

DÇ-2018-in qrup mərhələsində iki oyundan sonra bir xal toplayan və şanslarını qılpayı saxlayan Argentina millisində xaos hökm sürür.

 

Sportal.az xəbər verir ki, "tanqoçular"ın üzvləri Nigeriya ilə keçiriləcək oyunda yığmaya Sampaolinin rəhbərlik etməsini istəmirlər. Argentina mətbuatının məlumatına görə, oyunçular onun qovulmasını və əvəzinə köməkçi məşqçinin gətirilməsini istəyiblər.

 

Xatırladaq ki, Argentina millisi İslandiya ilə 1:1 hesablı heç-heçə edib, Xorvatiyaya 0:3 hesabı ilə darmadağın olub.

Tarix: 22 İyun [19:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio