"Qəbələ"nin "Proqres"lə cavab oyununun vaxtı açıqlandı

00:45 - 23 İyun 2018

"Qəbələ"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" komandasına qarşı keçirəcəyi cavab oyununun başlama saatı və keçiriləcəyi məkan açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, Differdanj şəhərində yerləşən "Munisipial" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. 

 

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

Xəbər xətti