"Real"dan 14 milyon avroluq transfer

00:56 - 23 İyun 2018

"Real" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, Madrid klubu Ukraynanın "Zarya" klubunun qapıçısı Andrey Lunini transfer edib. "Kral klubu" bu keçid üçün qarşı tərəfə 14 milyon avro ödəyib. 19 yaşlı qapıçı ilə 6 illik müqavilə imzalanıb. "Real" ukraynalı əlcək sahibini yeni mövsüm üçün icarəyə verəcək.

 

Qeyd edək ki, Lunin bu il Ukrayna yığmasında debüt edib. Gənc qapıçı ötən mövsüm 36 oyundan sonra qapısında 54 qol görüb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti