"Qəbələ" günü bir məşqlə başa vurdu

“Qəbələ” Sloveniyada təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 3-cü gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşqdə futbolçular öncə fiziki təmrinləri yerinə yetiriblər. Ardınca komanda toplu çalışmaları icra edib.

 

Xatırladaq ki, “Qəbələ” bu gün toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Komanda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

Tarix: 23 İyun [00:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio