"Qarabağ"ın təklif göndərdiyi qapıçı qərarını verdi

11:53 - 23 İyun 2018

"Qarabağ"ın transfer təklifi göndərdiyi "Peskara"nın qapıçısı Vinçenzo Fiorillo gələcək karyerası ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı qapıçı təklif üçün "Qarabağ"a təşəkkür edib və Ağdam klubuna keçməkdən imtina edib:

 

"Peskara" forması ilə A Seriyasına qayıtmaq və orada çıxış etmək istəyirəm. Bəlkə nə vaxtsa, kapitan da olaram. Məni transfer etmək üçün əlindən gələni edən "Qarabağ"a təşəkkür edirəm. Ancaq indiki məqamda pul önəmli deyil".

 

"Qarabağ" "Peskara"ya italiyalı qolkiper üçün 600 min avroluq təklif göndərmişdi. "Atlılar"ın "Harts"dan ayrılan şotlandiyalı qapıçı Con Makloflinlə danışıqlar aparır.

Xəbər xətti