Şotlandiyalı futbolçu "Sanderlend"ə görə "Qarabağ"dan imtina etdi

Transfer axtarışlarını davam edən “Qarabağ” qapı xəttini gücləndirmək üçün qollarını çırmalayıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Şotlandiyanın "Harts" klubundan ayrılan Con Maklaflinə təklif göndərsə də, 30 yaşlı qapıçı "Qarabağ"a gəlməkdən imtina edib. Azad agent statusu daşıyan Şotlandiya millisinin üzvü "Sanderlend"ə transfer olmaq üçün bu addımı atıb.

 

"Sanderlend" İngiltərədə ötən mövsüm Çempionşipdən Liqa 1-ə düşüb.

 

Qeyd edək ki, "Qarabağ" "Peskara"nın qapıçısı Vinçentso Fiorillodan da mənfi cavab almışdı. 

Tarix: 23 İyun [12:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2018
21  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio