"Sumqayıt"ın yay hazırlıq planı bəlli oldu

"Sumqayıt"ın 2018/2019 mövsümü üçün yay hazırlıq planı məlum olub.

 

Sportal.az xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq. 

 

"Kimyaçılar" iyunun 30-dan isə təlim-məşq toplanışına yığışacaq. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində "gənclik şəhəri" təmsilçisi 2 yoxlama oyunu keçirəcək.

 

Qeyd edək ki, "Sumqayıt" hazırlığın ikinci mərhələsini isə qonşu Türkiyədə keçirəcək. İyulun 16-dan 29-dək Boluya yollacacaq Nazim Süleymanovun rəhbərlik etdiyi komanda "Koru" hotelində məskunlaşacaq. Komanda Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. 

Tarix: 23 İyun [13:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2018
22  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio