"Qəbələ" Albaniya klubu ilə bərabərə qaldı

22:44 - 23 İyun 2018

İyunun 20-dən Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşüb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

 

“Qəbələ” (Azərbaycan) - “Kukesi” (Albaniya) - 1:1
Qol:
Stiven Jozef-Monroz, 79

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Monroz, 10. Rauf Əliyev

 

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 88. Sabien Lilay, 89. Abbas Ağazadə

 

Baş məşqçi: Sənan Qurbanov

Xəbər xətti