"Neftçi" xorvatiyalı futbolçunu transfer etdi

01:08 - 24 İyun 2018

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi” klubu növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” Qoran Paratskini transfer edib. 31 yaşlı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Xorvatiyalı oyunçu "ağ-qaralar"da 6 nömrəli formada çıxış edəcək.

 

Paratski son olaraq Avstraliya A Liqasında mübarizə aparan Yeni Zelandiyanın “Vellinqton Feniks” klubunda çıxış edib. O, "yaşıl qitə"də 1 mövsüm keçirib və 25 oyuna 1 qol vurub.

 

Paratski Xorvatiyanın U-19 millisində də çıxış edib.

Xəbər xətti