"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" daha aqressiv idi"

13:21 - 24 İyun 2018

Ötən gün "Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Ludoqorets" komandası ilə yoxlama oyununda qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra bolqarların baş məşqçisi Paulo Autuori matçla bağlı fikirlərini bildirib.
 
Oyunu şərh edən mütəxəssis bu görüşdə "Qarabağ"ın daha aqressiv çıxış etdiyi dilə gətirib:

 

"Çox yaxşı rəqiblə qarşılaşdıq. Matç ərzində bütün oyunçulara şans verməyə çalışdım. Nəticə önəmi deyil. İki fərqli komanda oynayırdı. "Qarabağ" daha aqressiv idi".

Xəbər xətti