Argentinanın taleyini müəyyən edən oyun Çakıra həvalə edildi

18:26 - 24 İyun 2018

Türkiyəli referi Cüneyt Çakır DÇ-2018-in qrup mərhələsində növbəti oyuna təyinat alıb.

 

Sportal.az xəbər verir ki, Çakır D qrupunda 3-cü tur çərçivəsində keçiriləcək Nigeriya - Argentina matçını idarə edəcək. Ona Bahattın Duran və Tarık Ongun yardım edəcək. 4-cü hakim isə hollandiyalı Byörn Kyupers olacaq.

 

Çakır DÇ-2018-də Mərakeş - İran matçının əsas, Rusiya - Misir görüşündə 4-cü hakim olub.

 

Qeyd edək ki, D qrupunda Xorvatiya 6 xalla qrup lideridir. Nigeriya 3 xalla 2-ci, İslandiya və Argentinanın isə 1 xalı var.

Xəbər xətti