Rəhman Hacıyev: "Vahid komanda kimi oynadıq"

00:23 - 25 İyun 2018

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Makedoniyanın "Şkupi" komandasına qarşı keçirilmiş oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:

 

“Bu matçda vahid komanda kimi oynadıq. Çalışdıq ki, məşqçinin bütün tapşırıqlarını yerinə yetirək. Qələbə sevindirir, amma ən əsası rəsmi oyunlara qədər hazır olmağımızdı. İyulun 12-də bizi çox çətin oyun gözləyir, buna hazır olmalıyıq. Hələ çox işləməliyik".

Xəbər xətti