FİFA Almaniyaya qarşı araşdırmalara başladı

13:13 - 25 İyun 2018

FİFA dünya çempionatının II turunda Almaniya və İsveç yığmaları arasındakı oyun zamanı baş vermiş insidentlə əlaqədar araşdırmalara başlayıb. 

 

Sportal.az xəbər verir ki, Bundestimin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Almaniya yığmasının mətbuat katibi Ulrix Foyqt və Almaniya Futbol İttifaqının (DFB) meneceri Georq Belau rəqib komandanın ehtiyat oyunçular skamyasına tərəf qeyri-etik jest göstərib.
 
Bu, uzatma dəqiqələrində Toni Kroosun vurduğu qələbə topundan sonra baş verib. Sonradan DFB İsveç millisindən üzr istəyib.

Xəbər xətti