"Proqres"in baş məşqçisi: "Bunun "Qəbələ"yə təsir edib-etməyəcəyini bilmirəm"

"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Proqres"in baş məşqçisi Paolo Amadio açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis "qırmızı-qaralar"la oyunların hazırlıqlarına start verdiklərini deyibş Amadio ötən il Avropa Liqasında "Reyncers"i mübarizədən kənarlaşdırlmalarını da xatırlayıb: "Bizim hədəfimiz var, vaxt gedir. Avropa Liqasının hazırlıqlarına başlamışıq. Bizim haqda məlumat toplamaq istəyən internet "Proqres" yazsa, "Reyncers"ə qarşı keçirdiyimi matçları görəcək. Bunun "Qəbələ"yə təsir edib-etməyəcəyini bilmirəm. Biz önümüzüə baxırıq. Yola bu cür davam etməliyik".

 

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

Tarix: 25 İyun [18:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2018
22  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio