"Qarabağ"ın ikinci yoxlama oyununun vaxtı açıqlandı

00:30 - 26 İyun 2018

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ”ın ikinci hazırlıq matçının başlama vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, ağdamlılar sabah yerli “Vakker İnsburk” komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

 

Qeyd edək ki, “Qarabağ” ilk hazırlıq matçında “Ludoqorets”lə qarşılaşmış, matç 1:1 hesablı bərabərliklə başa çatmışdı.

Xəbər xətti