Kamran Ağayev ölkə xaricinə yollanmaqdan imtina edib

13:27 - 26 İyun 2018

Ötən mövsüm qış fasiləsində Çexiyanın "Mlada" klubundan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən "Keşlə" ilə müqavilə imzalayan Kamran Ağayev karyerasına Azərbaycanda davam etdirəcək.

 

Sportal.az-ın məlumatın görə, Ağayev "Keşlə" ilə müqavilə müddətini uzadıb. Millimizin üzvü ölkə kənarından bir neçə təklif alsa da, bundan imtina edib. Ötən mövsüm bir neçə oyunu zədə səbəbindən buraxan əlcək sahibi ideal formada olmadığı üçün risk etmək istəməyib.

 

Qeyd edək ki, 32 yaşlı qapıçı ölkə xaricində "Kayserispor", "Karşıyaka", "Boavişta" və "Mlada" klublarında çıxış edib.

Xəbər xətti