"Qarabağ" yeni transferini açıqladı

16:33 - 26 İyun 2018

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” heyətini də gücləndirməyə davam edir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi fransalı futbolçu Abdullah Zubiri heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.

 

 Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

 

Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib. 26 yaşlı transferimiz “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb. 

Xəbər xətti