"Sumqayıt" "Zenit"in futbolçusunu transfer etdi

19:02 - 26 İyun 2018

2018/19 mövsümü üçün tranfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az xəbər verir ki, son mövsümü Krasnoyarsk “Yenisey”ində oynamış “Zenit”in futbolçusu Aleksey İsayev “Sumqayıt”la 2 illik müqaviləyə imza atıb. İsayev “Sumqayıt”da 23 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, “Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər “Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı isə “Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. Son mövsümü isə icarə əsasında yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlib.

Xəbər xətti